22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

16 ildən sonra kənd və qəbiristanlıq üzə çıxıb

01-09-2024
IMG

Türkiyənin Sivas bölgəsinin Hafik səmtindəki Pusat bəndinin suları quraqlıq səbəbindən çəkildiyi zaman 16 il sonra Mədən kəndi və qəbiristanlığı gün üzünə çıxıb.2002-ci ildə Pusat İçməli Su və Suvarma Anbarının tikintisinin başa çatdırılması, 2008-ci ildə isə bəndin tutulması ilə Hafik rayonunun Pusat, Mədən və Alanyurt kəndlərinin torpaqları su altında qalıb.

Anbar səbəbindən 3 kənd köçürülüb. Bu il Sivasa verilən su, əkinçilik sahələrinin suvarılması və quraqlıq səbəbindən bənddə suyun səviyyəsi aşağı düşüb. Sular çəkildikcə Mədən kəndi və qəbiristanlığı tamamilə üzə çıxıb. 16 ildir su altında qalan kənd illər sonra ilk dəfə görünüb.

Paylaş: