22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

1500 il əvvəl baş vermiş fəlakət Norse əfsanələrinə işıq salır

07-11-2024
IMG

Alimlər Norse mifologiyasında Ragnarok ilə əlaqəli hadisələrin təxminən 1500 il əvvəl Danimarkada baş verdiyini göstərən dəlillər ortaya çıxarıblar. 

Son illərdə Marvel filmləri ilə məşhurlaşan Ragnarok  Skandinaviya mifologiyasındakı qiyamətin qarşılığıdır. Vikinqlər inanırdılar ki, tanrılar bir-biri ilə vuruşub öldükdən sonra dünyanın sonu gələcək. Raqnarokun  əlaməti sayılan bir sıra fəlakətlərin “Böyük Qış”, yəni Fimbulvinter adlı çətin və uzun qışla başlayacağı düşünülürdü. 

Bu hadisə tez-tez bəşər sivilizasiyasının yüksəlişi və süqutu haqqında simvolik hekayə vasitəsi kimi şərh olunur. Ancaq bəzi tədqiqatçılar “Böyük qış”ın real dünya ekvivalentinin olub-olmadığını müzakirə etmək qərarına gəliblər. 

Bir çox mütəxəssisə görə bəşər tarixinin ən pis ili sayılan eramızın 536-cı ili bir və ya bir neçə vulkan püskürməsinin şahidi olmuşdur. Şimal yarımkürəsində baş verən bu hadisələr səmanın kül və kükürdlə örtülməsinə, günəş işığının qarşısını almasına və illərlə davam edən “vulkanik qışın” başlamasına səbəb olub. 

İndiyədək bu iqlim fəlakətinin Danimarkaya nə qədər təsir etdiyi bəlli deyildi. Təxminən 1500 il əvvəl Skandinaviya ölkəsinin tarixinə pəncərə açan tədqiqatçılar bu hadisənin Fimbulvinterə ilham verdiyini söyləyirlər. 

Danimarka Milli Muzeyinin alimləri eramızın 300-800-cü illərinə aid 650 palıd ağacını təhlil ediblər. Ağaclardakı halqaları araşdıran qrup, eramızın 536-cı ilindən başlayaraq və xüsusilə eramızın 539-541-ci illəri arasında bitkilərin inkişafında ciddi geriləmə olduğunu qeyd edirlər.

Tədqiqatçılar Norveç və İsveçdə əhalinin demək olar ki, yarısının bu dövrdə öldüyünü  təxmin edərək bunun Danimarkada da doğru ola biləcəyini düşünürlər. 

Ragnarok əfsanəsi arasında yay olmayan üç illik qışla başlayır. Bununla belə, alimlər qeyd edir ki, tapıntılar Fimbulvinterin bu hadisələrdən ilhamlandığını qəti şəkildə sübut etmir. Yəni belə əfsanələr xəyali ola bilər və ya uzaq keçmişdəki reallığı əks etdirə bilər. Yeni araşdırma çovdar çörəyinin tarixi, həmçinin Vikinqlər dövrünün əfsanəsi haqqında məlumat verir. 

İqlim fəlakətindən sonrakı əsrlərdə bölgədə çovdarın daha çox becərildiyini təsbit edən tədqiqatçılar bunun çətin qışa hazırlıq məqsədi daşıdığından şübhələnirlər. Yeni araşdırma çovdar çörəyinin tarixi, həmçinin Vikinqlər dövrünün əfsanəsi haqqında məlumat verir.

Paylaş: