13 rəqəminə müxtəlif yanaşma
13 rəqəmi bəzi insanlar tərəfindən uğursuz simvol kimi qəbul edilir. Əslində uğurları rəqəmlərə bağlamaq bir az mübahisəli məsələdir.
Fhnews.az xəbər verir ki, AZƏRTAC bununla bağlı kiçik araşdırma apararaq bu rəqəmin müsbət tərəfləri haqqında məlumatları təqdim edir.
13 rəqəminin uğursuzluğuna inanmaq “triskaidekafobiya” adlanır. Bu inancın kökü müxtəlif mədəniyyətlərin mifologiyalarına və tarixə əsaslanır. Məsələn, bir xristian əfsanəsində, İsa ilə 13 nəfər birlikdə süfrə arxasında oturur. Bu topluluq içində xəyanət və uğursuzluq baş verir. Məhz həmin uğursuzluq 13 rəqəmi ilə əlaqələndirilir. Nəticədə bu hadisədən sonra mifolojik elementlər insanların 13 rəqəmini uğursuz hesab etmələrinə səbəb yaradır.
Azərbaycanda da qədimdən bu günədək bu say ilə bağlı “13 nəhsdir” deyimi tez-tez təkrarlanır. Hətta bu düşüncə “13 nəhsdir, düşər-düşməzi olar” kimi atalar sözünün yaranıb formalaşmasına da zəmin yaradıb. Belə bir məlumat da var ki, 13 rəqəmi ölkəmizdə uğursuz rəqəm kimi qəbul edildiyi üçün Azərbaycana məxsus avtomobil seriya nömrələrində 13 rəqəmi yoxdur. 13 rəqəmi əlifba sırası ilə Cəbrayıl rayonuna uyğun gəlsə də, Cəbrayıla 14 seriyası verilib.
13 bəzi xalqlar tərəfindən şanslı rəqəm kimi qəbul edilir.
- 13 yəhudilərin müqəddəs rəqəmidir;
- İncildə Allahın 13 vacib keyfiyyətləri sadalanır;
- ABŞ dollarında 13 rəqəmi əks olunub. Rəsmi olaraq bu, ilk dəfə birləşən 13 ştatın rəmzidir. ABŞ-nın dövlət gerbinin elementlərində də 13 rəqəmi var;
- ABŞ-da Colgate Universiteti də 13-ü uğurlu rəqəm hesab edir. Onlar 1819-cu ildə 13 dollar, 13 dua və 13 məqalə ilə 13 nəfər tərəfindən qurulub. (Bu günə qədər Colgate Universitetinin üzvləri 13 rəqəmini yaxşı əlamət hesab edirlər);
- Yunanca İsa Peygəmbərin adı 13 hərflə yazılır;
- İtaliyada 13 rəqəmi futbol meydançalarında şanslı rəqəm idi. İtalyanca “fare tredici” (hərfi mənada “on üç etmək”) ifadəsi “cekpotu vurmaq” deməkdir;
- Fransa kralı Lüdovik 13 rəqəmini ən uğurlu və xoşbəxt rəqəm sayırdı;
- Fransada 13 rəqəmi ənənəvi olaraq Birinci Dünya müharibəsindən əvvəl uğurlu rəqəm hesab olunurdu;
- İslamda hansısa rəqəmin və ya günün nəhs və ya düşərsiz olması anlayışı yoxdur;
- Çin, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Koreya, Meksika və Səudiyyə Ərəbistanında insanlar 13 rəqəmindən qorxmur;
- Çin dilində “13” müvəffəqiyyət qazanmaq mənasını verir;
- Qədim misirlilər 13 rəqəminin xoşbəxtlik rəqəmi olduğuna inanırdılar;
- Hind panteonunda 13 Budda var;
- Meksikada 13 rəqəminin uğur gətirdiyinə inanırlar;
13 rəqəmi yeni başlanğıclar gətirmək qabiliyyətindədir. Buna görə də rastlaşdığımız uğursuzluqları hansısa rəqəmlə, zamanla və ya əşya ilə əlaqələndirmək doğru hal deyil. İnsan qorxularının əsiri olmamalıdır. Sadəcə inanmaq kifayət edir ki, uğursuzluğa düçar olmayasan.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...