22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

13 oktyabr Ümumdünya Fəlakət Riskinin Azaldılması Günüdür

13-10-2024
IMG

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1989-cu ildə qəbul etdiyi qərardan sonra hər il oktyabrın 13-ü “Ümumdünya Fəlakət Riskinin Azaldılması Günü” kimi qeyd olunur. Bu kontekstdə hər il oktyabrın 13-də bütün dünyada insanların və icmaların fəlakətlərə məruz qalmasının azaldılması və üzləşdikləri risklərin qarşısının alınmasının vacibliyi barədə məlumatlılığın artırılması məqsədi daşıyır.

 Fəlakətlərdə risklərin azaldılması fəlakətlərin səbəblərini təhlil etməyə və azaltmağa yönəlmiş sistematik tədqiqatları özündə cəmləşdirən bir konsepsiyadır. Təhlükələrə məruz qalmanın və həssaslığın səbəblərini azaltmaq, yaşayış məntəqələrini və ətraf mühiti idarə etmək, hadisələrə hazırlıq və erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi kimi təcrübələr fəlakətlərdə riskin azaldılması tədqiqatları sırasındadır. O, fəlakət riskinin azaldılması, fəlakətlərin idarə edilməsi və fəlakətlərə hazırlıq kimi fənləri əhatə edir və davamlı inkişafın mühüm hissəsini təşkil edir. Bu istiqamətdə inkişafın əldə edilməsi və bu inkişafın davam etdirilməsi fəlakət risklərinin azaldılması ilə mümkündür və fəlakətlərdə riskin azaldılması tədqiqatları cəmiyyətin hər bir təbəqəsini, dövlət və özəl sektorun bütün bölmələrini əhatə edir.

Fəlakət risklərini müəyyən etmək və bu riskləri minimuma endirmək üçün BMT tərəfindən müxtəlif siyasətlər irəli sürülüb.

Belə ki, 2005-2015-ci illər Təbii Fəlakət Riskinin Azaldılması Onilliyi elan edilmişdi. 2015-ci ildən sonra məruz qalma, həssaslıq və təhlükə xüsusiyyətləri ilə bağlı fəlakət riskinin bütün aspektlərini daha yaxşı başa düşmək üçün Sendai Fəlakət Riskinin Azaldılması Çərçivəsi (2015-2030) diqqət çəkib.

Paylaş: