1200 illik nəhəng Vikinq məzarlığı ı tapılıb
İsveçdə qədim yaşayış məntəqəsini axtaran arxeoloqlar nəhəng vikinq qəbiristanlığı tapıblar. Ölkənin cənub-şərqindəki Tvaaker kəndində yol işləri başlamazdan əvvəl ərazini araşdıran arxeoloqlar orada dəfn yeri olduğunu müşahidə ediblər.
İsveç Milli Tarix Muzeyləri tərəfindən edilən açıqlamada 2019-cu ilə qədər sürən araşdırmalar zamanı 139 ayrı məzarın təsbit edildiyi bildirilib.
Tvaakerin adı tarixi dastanlarda çəkilsə də, bu qəbiristanlığın yer üstü qalıqları yaxın vaxtlara qədər məlum deyildi. Elm adamları bunun sonrakı illərdə aparılan kənd təsərrüfatı fəaliyyətləri ilə bağlı olduğunu düşünürlər.
Gözlənildiyi kimi, qəbirlərdə həm insan, həm də heyvan sümükləri aşkar edilib. Tədqiqatçılar cəsədlərin heyvanlar yerləşdirilməzdən əvvəl yandırıldığına dair dəlillər də tapıblar.
Vikinqlər dövründə eramızın 793-cü ildən 1066-cı ilə qədər olan rituallarda cənazələr yandırılır, üstünə inək və ya donuz kimi heyvanlar qoyulur və məzar bağlanılırdı.
Layihəyə rəhbərlik edən Petra Nordin sümüklərdən başqa bəzi qəbirlərin ətrafında metal aksesuarlar, keramika qablar və qayıq formasında qoyulmuş iri daşların da tapıldığını deyib.
Bundan əlavə, 795-806-cı illərə aid bir gümüş ərəb sikkəsinin tapılması qəbiristanlığın aid olduğu dövr haqqında təsəvvür yaradır.
Nordin qəbirlərdən birini xüsusilə maraqlı hesab edərək bildirib ki, qəbirdə 17 qab, insan və heyvan sümükləri, həmçinin toxunmuş ağırlıqlar və dəmir ox ucları olub.
Biz kvadrat formalı çuxur yer üstü kremasiya ocağına yaxşı hava axını təmin edəcək struktur kimi izah edilib.
Nordin dəfn sahəsinin cəmi 6 faizini qazdıqlarını və qəbiristanlığın bağlı olduğu yaşayış məntəqəsini tapa bilmədiklərini bildirib.
Bununla belə, qəbiristanlığın Tvaakersan çayı ilə Jarnbararvagen kimi tanınan qədim yol arasındakı düz silsilədə yerləşməsi bu ərazinin Vikinqlər dövründə ticarət və nəqliyyatda mühüm rol oynadığını göstərir.
Arxeoloqlar ümid edirlər ki, bölgədə aparılan qazıntılar qəbiristanlıqla bağlı suallara aydınlıq gətirəcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...