22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

10 milyondan çox insanın yaşadığı paytaxt Cakarta Borneo adasına köçürüləcək

21-01-2024

İndoneziyanın paytaxtının Yava adasındakı Cakartadan Borneo adasındakı Nusantara şəhərinə köçürülməsi üzrə işlər yekunlaşmaq üzrədir. Yeni paytaxt Nusantara yalnız elektriklə işləyən avtomobillər üçün ekoloji cəhətdən təmiz şəhər kimi layihələndirilir. Planlaşdırılmamış urbanizasiya, nəqliyyat problemləri və təbii fəlakətlər-dünyanın ən çox əhalisi olan dördüncü ölkəsi olan İndoneziya bu səbəblərə görə paytaxtını köçürür.
Əgər planlaşdırıldığı kimi qurularsa, Nusantara Cənub-Şərqi Asiyada ilk “yaşıl paytaxt” kimi tarixə düşəcək. Yeni paytaxt ölkənin ən az təbii fəlakətlərə məruz qaldığı adalardan biri olan Kalimantan adasının şərqində 561 kvadrat kilometr ərazidə tikilir. İndiki paytaxt Cakartanın əhalisi qısa müddət ərzində qeyri-adi sürətlə artıb.

664 kvadrat kilometrlik quruda 10 milyondan çox insanın yaşaması ilə yanaşı, möhkəm infrastruktura malik olmayan urbanizasiya, nəqliyyatın hərəkəti, havanın çirklənməsi və ilin müəyyən fasilələrində şəhərə yağan musson yağışlarının sellərə çevrilməsi də problemlər yaradıb. .
Ölkənin mərkəzi sayılan Yava adasının digər adalara nisbətən daha çox inkişaf və investisiya payı alması nəticəsində yaranan gəlir bərabərsizliyi bu tarixi qərarın səbəblərindəndir. Java xaricində yeni cazibəni qurmaqla hökumət adalar və etnik qruplar arasında gəlir bərabərsizliyini tarazlamağı hədəfləyir.

Cakartanın yeni paytaxtın tikintisindən sonra iqtisadi cəlbediciliyini itirməsi gözlənilmir. İllərdir Cakartada olan beynəlxalq şirkətlər və təşkilatlar fəaliyyətlərini əsasən burada davam etdirəcəklər.

Buna görə də Cakartanın infrastruktur problemlərinin həlli üçün uzunmüddətli planların hazırlanmasının vacibliyinə diqqət çəkilir. Paytaxtın köçürülməsi layihəsinin təxminən 32 milyard dollara başa gələcəyi gözlənilir.

Cakartanın hazırda yerləşdiyi ərazinin hissələri hər il 25 santimetr çökür. Paytaxtın təxminən yarısı dəniz səviyyəsindən aşağıda yerləşir. 2050-ci ilə qədər Cakartanın 1/3 hissəsinin su altında qalacağı təxmin edilir.

Paylaş: