22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

10 ildə bir dəfə çiçək açan nadir Cəsəd Çiçəyi…

12-11-2024
IMG

Avstraliyada minlərlə insan hər 10 ildə bir dəfə çiçək açan nadir “cəsəd çiçəyi”ni görmək üçün Viktoriya ştatındakı Geelong Nəbatat Bağına axışıb.

Avstraliyanın ABC telekanalının məlumatına görə, “Geelong” Nəbatat Bağında yaydığı pis qoxuya görə “cəsəd çiçəyi” adlandırılan bitki dünən çiçək açıb.

Çiçəyin görüntülərinin paylaşıldığı canlı yayımı son 2 gündə on minlərlə insan izləyib.

“Geelong” Nəbatat Bağının koordinatoru Kellee Reissinger çiçəyin qoxusunun ölü dovşanın iyinə bənzədiyini deyib. 
Bitkinin ömrü 24 ilə 48 saat arasındadır. Çiçəyin sabah solacağı gözlənilir.

Paylaş: