14 mart 2025, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Aran Regional Mərkəzi təlim keçirib (video, foto)

09-10-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşların xilas edilməsi” mövzusunda təlim keçirib.

Təlim Regional Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə baş verən fövqəladə hallar zamanı çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.

Təlim zamanı xilasedicilər vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə şərti çağırış üzrə dərhal hadisə yerinə çatıb, “halsız vəziyyətdə olan vətəndaşları xilas edərək” xüsusi vasitələrlə yüksək mərtəbədən aşağı endiriblər.

Təlimdən sonra əldə edilən nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

Paylaş: