14 mart 2025, cümə Bakı, 14°C
IMG-LOGO

Avropada meymun çiçəyi virusu xəbərdarlığı

04-09-2024
IMG

Avropada meymun çiçəyi virusu riski aşağı səviyyədə olsa da,  Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi  Avropa ölkələrini virusla mübarizəyə hazır olmağa çağırıb. Avropa Parlamentinin Ətraf Mühit, İctimai Sağlamlıq və Qida Təhlükəsizliyi Komitəsi, Avropa İttifaqı Komissiyasının Səhiyyədə Fövqəladə Hallara Hazırlıq və Cavab Agentliyi , Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi  və Avropa Dərman Agentliyinin təşkil etdiyi toplantıda meymun çiçəyi virusu ilə bağlı mövcud vəziyyət və hazırlıqlar müzakirə edilib.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin Direktoru Pamela Rendi-Vaqner bildirib ki, Avropada epidemiya riski hazırkı şəraitdə azdır və Avropada yeganə fakt avqustun 15-də İsveçdə aşkarlanıb. Rendi-Vaqner bütün əhalini əhatə edən peyvəndlərə ehtiyac olmadığını ifadə edərək, "Virus dövriyyəsi yüksək olan bölgələrə səyahət edən avropalılar, xüsusilə ağır xəstəlikləri olan və yüksək risk altında olan insanlar üçün peyvənd düşünülməlidir"-deyib.

Paylaş: