ABŞ muzeyində sərgilənən 2500 illik qızıl boyunbağı Türkiyəyə qaytarılıb
Türkiyədən qaçaqmalçılıq yolu ilə gətirilən və uzun illər ABŞ-nın Boston şəhərindəki bir muzeydə sərgilənən Lidiya dövrünə aid təxminən 2500 illik qızıl boyunbağı Türkiyənin Bostondakı Baş Konsulluğunda təşkil edilən rəsmi mərasimlə Türkiyə rəsmilərinə təhvil verilib.
Böyük əhəmiyyət kəsb edən tarixi əsərin təhvil-təslim mərasimində Türkiyənin Boston baş konsulu Murat Uğurluoğlu, Nyu-York Mədəniyyət və Tanıtma Attaşesi Hilal Dəmirəl və Boston Gözəl Sənətlər Muzeyinin rəsmiləri iştirak ediblər. Nyu York Mədəniyyət və Tanıtım Attaşesi Hilal Dəmirəl bildirib ki, boyunbağı təxminən 20 santimetr uzunluğunda qızıl və karneli daşlarından hazırlanıb, nar formalı muncuqlardan ibarətdir.
Əsər eramızdan əvvəl 6-5-ci əsrlərə aiddir və Lidiya sənətinin xarakterik xüsusiyyətlərini daşıyır. Bu günə qədər yaxşı qorunub saxlanılan bu əsər Bintəpələr nekropolu ərazisindəki inventarda qeydə alınan digər əsərlərə bənzəyir.
Qeyd edək ki, boyunbağı 1970-ci illərdə Bintəpələr bölgəsində yüzlərlə Lidiya höyküsünün yerləşdiyi ərazidən qeyri-qanuni olaraq qazılaraq xaricə aparılıb.
İtaliyada əlverişsiz hava şəraiti...
İsveçdə mövsümi qrip gənclər arasında...
Finlandiya böhran vəziyyətlərində...
Maskın suda üzəcəyini iddia etdiyi...
Çinin süni intellekt uğuru...