Topqapı Saray Muzeyində təxminən 16 min çini qabın nümayiş etdirildiyini bilirsinizmi?
Topqapı Saray Muzeyinin dünyaca məşhur kolleksiyalarından biri də Çin çinisidir. Bu kolleksiya Çindən kənarda nümayiş etdirilən ən böyük çini kolleksiyadır. Muzeydə Çin çinisindən başqa Yapon, Avropa və Türk çinisi də nümayiş etdirilir. Topqapı Sarayında Avropada hazırlanmış təxminən 5 min qabdan ibarət kolleksiya da saxlanılır. Avropanın müxtəlif ölkələrində hazırlanmış və XV ilə XX əsrlərə aid olan çini qablar həm say, həm də çeşid baxımından diqqətləri cəlb edir. Bu kolleksiyaya həmin dövrlərə aid dəyərli sənət nümunələri daxildir. Saray kolleksiyasında müxtəlif rənglərdə çini qablar mövcuddur.
İslam ölkələrinin süfrə ənənələrinə uyğun istehsal edilən iri ölçülərə və zəngin bəzəklərə malik kasa və boşqablar kolleksiyanın ən diqqət çəkən parçalarıdır. O dönəmdə Sultanlar qızıl və gümüş qablarla yanaşı, çini qablara üstünlük verirdilər, çünki bu qabların içinə zəhərli qida məhsulu qoyulduğu zaman rəngini dəyişirdi. Zərif çinilər Osmanlı dövründə həmişə qüdrət və zənginlik göstəricisi olub. Vaxtaşırı sadə çini qablar qiymətli daşlarla bəzədilib. Sınmış qablar müxtəlif üsullarla təmir edilib.
Gen terapiyası körpələrdə görmə...
Üzün tanınmasında beynin hansı bölgələri...
İngiltərənin yoxsul bölgələrində...
Türkiyədə sərnişin avtobusu aşıb, 37...
Braziliyada avtobusla yük maşını...