Süni intellekt beyinləri oxuyacaq
“Meta”nın süni intellekt tədqiqatçıları insan şüurunu oxumaqda və onların düşüncələrini deşifrə etməkdə böyük irəliləyiş əldə edirlər.Məlum olub ki, ABŞ texnologiya nəhənginin hazırladığı süni intellekt modeli düşüncə cümlələrini 80 faiz dəqiqliklə proqnozlaşdıra bilir. Üstəlik bunun üçün beyinə çip daxil etməyə ehtiyac yoxdur. “Meta”nın yanaşması Maqnetoensefaloqrafiya (MEG) və Elektroensefaloqrafiya (EEG) texnologiyalarını birləşdirir.
EEG baş dərisinə yerləşdirilən elektrodlar vasitəsilə beynin elektrik siqnallarını qeyd edərkən, MEG bir növ dəbilqənin köməyi ilə sinapsların maqnit sahələrini ölçür.Hər iki texnologiyanın birlikdə istifadəsi proqnozları daha dəqiq edir.
Metanın sözlərinə görə, bu üsul tək EEG-dən istifadə etməklə ən azı iki dəfə effektivdir. Bildirilib ki, süni intellekt modeli 35 könüllünün beyin qeydləri ilə hazırlanıb. Bu könüllülər klaviaturada müəyyən cümlələr yazarkən onların beyin fəaliyyəti qeydə alınıb.
Bildirilib ki, yeni cümlələrlə bağlı testlərdə süni intellekt yazılan simvolları 80 faiz dəqiqliklə proqnozlaşdıra bilib. Süni intellekt tədqiqatçıları təkcə fikirləri mətnə çevirməyi deyil, həm də fikirlərin dilə necə daxil edildiyini başa düşməyi hədəfləyirlər.
Ağız və dil hərəkətləri beyin siqnallarını pozduğu üçün bu cür tədqiqatlar nevroloqlar üçün çətin olub.
Lakin bu səhv mənbəyi klaviatura ilə yazarkən yox olur. Bu araşdırmanın son məqsədlərindən biri qəza və ya xəstəlik nəticəsində danışma qabiliyyətini itirmiş şəxslərin yalnız düşüncələri ilə ünsiyyət qura bilməsini təmin etməkdir. Ancaq indiyə qədər aparılan testlər yalnız sağlam insanlarla aparılıb.Beyin zədəsi olan insanlarda süni intellektin necə işləyəcəyi məlum deyil.
Çində hərbi peykləri izləyə bilən...
Moskvada güclü yanğının söndürülməsinə...
ABŞ-də iki təyyarə toqquşub, ölənlər var...
Araşdırma: Avropada ömür uzunluğu artımı...
Alimlər xərçənglə mübarizədə iştirak...