Suriya yenidən qurularkən arxeoloji məkanlar üzə çıxır
Suriyanın şimalında dağıdılmış bir evin qalıqları təmizlənərkən torpağı qazmaqla məşğul olan bir podratçı Bizans dövrünə aid olduğu təxmin edilən və 1500 ildən çox yaşı olan bir yeraltı məzar kompleksi aşkar edib. Məzarlıq may ayında İdlib vilayətinin Maarat Numan şəhərində, Hələb və Dəməşq şəhərləri arasındakı strateji marşrut üzərindəki bir yerdə ortaya çıxıb. Bu ərazi keçmiş prezident Bəşər Əsədin 2020-ci ildə müxalifətin nəzarətindən geri aldığı və vətəndaş müharibəsinin getdiyi 14 il boyu qarşıdurma nöqtəsi olub.
Məzarlığın yerüstü hissəsində müharibədə zərərə uğramış bir çox kərpic evlərin olduğu yaşayış məhəlləsi yerləşir. Bu binalardan birinin yanındakı çuxur iki dəfn otağına aparır ki, hər birində altı daş məzar var. Bir daş sütunun üstündə xaç işarəsi həkk olunub.
“Xaç işarəsi, tapılan keramika və şüşə parçalarının ilkin tədqiqatına əsasən, bu məzarlıq Bizans dövrünə aiddir”, - deyə İdlibin Qədim Əsərlər İdarəsinin direktoru Həsən İsmayıl bildirib. O qeyd edib ki, bu kəşf artıq ərazinin zəngin arxeoloji yerlərinə əlavə olunub.
Qeyd edək ki, İdlib Suriyanın abidələrinin üçdə birinə sahibdir. Burada antik şəhər və 800 arxeoloji məkan var.
Bizans dövrünə aid tərk edilmiş yaşayış məntəqələri, ölü şəhərlər Suriyanın şimal-qərbindəki qayalı təpələr və düzənliklər boyu uzanır. Bu yerlərdə daş evlər, bazilikalar, məzarlar və sütunlu küçələrin qalıqları var.
Qırmızı dənizin mirvarisi Şarm Əl Şeyx…...
CNN: ABŞ 500 mindən çox miqrantın...
Son dönəmin təyyarə qəzalari : səbəblər...
86 milyon illik yeni dinozavr növü aşkar...
BMT QAK qlobal miqyasda qaçqın və...