Tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə müsahibədə uğur qazanan uşaqlar avtomatik olaraq 1-ci sinfə yerləşdiriləcək
İyunun 13-də rus bölməsi üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə müsahibədə uğur qazanan uşaqlar avtomatik olaraq 1-ci sinfə yerləşdiriləcək.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, iyunun 17-si saat 11:00-dan etibarən isə tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə müsahibədə uğur qazanan uşaqlar üçün məktəb və müəllim seçimi prosesinə start veriləcək.
Qeyd edək ki, mayın 1-də başlayan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir və sentyabrın 12-dək davam edəcək.
Azərbaycanlı doktorant Çində yay...
BMU Pekin İnformasiya Elmləri və...
Azərbaycan Universitetində yaz imtahan...
Məktəbəqədər təhsil müəssisələrinə...
Folklorşünas-alimlərin iştirakı ilə fənn...