12 iyun 2025, cümə axşamı Bakı, 24°C
IMG-LOGO

Məktəbəqədər təhsildə yeniliklər: Özəl mərkəzlərə də rəsmi imkanlar açılır

11-06-2025
IMG

“Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi məktəbəqədər təhsil sahəsində mövcud təşkilati və hüquqi mexanizmləri özündə əks etdirərək müvafiq normativ hüquqi aktlarla uzlaşdırılıb. Həmin yaşda olan uşaqların təhsilə cəlb olunması istiqamətində atılan addımlar çərçivəsində məktəbəqədər hazırlıq qruplarının və bu sahədə fəaliyyət göstərən müəssisələrin fəaliyyətinin daha da gücləndirilməsi nəzərdə tutulur. Araşdırmalar göstərib ki, bəzi özəl uşaq inkişaf mərkəzlərində məktəbəqədər yaşlı uşaqların təhsili məhdudlaşdırılıb və bu tendensiyanın aradan qaldırılması məqsədilə qanunvericilikdə dəyişikliklər təklif olunur.

Fhnews.az xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin iyunun 11-də keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) öz əksini tapıb.

Qanun layihəsində məktəbəqədər təhsil müəssisələrinin hüquqi statusunun dəqiqləşdirilməsi, məktəbdənkənar təhsil müəssisələri ilə münasibətlərin tənzimlənməsi və hazırlıq qruplarının fəaliyyətinin qanun çərçivəsində təşkili ilə bağlı müddəalar yer alıb.

Paylaş: