İranda 700 min illik insan qalıqları tapılıb
İranın Qəzvin vilayətinin Avaj şəhəri yaxınlığında iranlı arxeoloq Həmid Vəhdətinəsab və fransız arxeoloqu Gilles Breonun rəhbərlik etdiyi Qaleh Kürd mağarasında 700 min il əvvələ aid insan qalıqları tapılıb.
Vəhdətinəsabın məlumatına görə, mağaranın üst təbəqələri təxminən 455 min il əvvələ aiddir. Lakin insan qalıqları bu səviyyədən təxminən 1,5 metr dərinlikdə tapılıb. Arxeoloqun sözlərinə görə, bu alt təbəqələrin yaşı 600-700 min il arasındadır.
Bu tarix təsdiqlənərsə, sözügedən qalıqlar İranda və Qərbi Asiyada ən qədim insan varlığı kimi qeydə alınacaq.
Qalıqların tapıldığı təbəqələrdə daş alətlər və heyvan sümükləri də aşkar edilmişdir. Bu, ilkin insanların mağarada yaşayıb ov etdiyini göstərir.
Tədqiqatçılar həmçinin hesab edirlər ki, Qaleh Kürd mağarası erkən insanların Yaxın Şərq və Asiya arasındakı köç yollarına işıq sala bilər. Bu çərçivədə Gürcüstanda 1,77 milyon illik insan kəllələrinin tapıldığı Dmanisi qazıntı sahəsi ilə müqayisə aparılır.
Qazaxıstan aviaşirkətləri İran və İraqın...
İsrailin zərbələri nəticəsində İranın...
İranın Ali rəhbəri xalqa müraciət edib...
Beynəlxalq Kosmik Stansiyada hava...
“EgyptAir” İraq, İordaniya və Livana...