Azərbaycan basketbol millisi Belarusda toplanış keçəcək
Azərbaycanın qızlardan ibarət U-18 millisi Belarusun paytaxtı Minsk şəhərinə yola düşüb.
Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, Evren Alkayanın rəhbərlik etdiyi yığma sözügedən ölkədə Avropa çempionatına hazırlaşacaq.
Təlim-məşq toplanışında taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçiriləcək. Toplanışa 19 iyunda yekun vurulacaq.
Qeyd edək ki, Minsk təlim-məşq toplanışında əsas məqsəd 4-13 iyul tarixlərində Litvanın Alitus və Vilnüs şəhərlərində baş tutacaq Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaqdır.
Azərbaycanda keçiriləcək MDB Oyunlarında...
Qan laxtalanmasında K vitamininin rolu...
Azərbaycan boksçusu beynəlxalq turnirin...
Azərbaycan basketbol millisi Belarusda...
Azərbaycan yığmalarının Avropa...