13 iyul 2025, bazar Bakı, 24°C
IMG-LOGO

Qırmızı dənizin mirvarisi Şarm Əl Şeyx…

12-06-2025
IMG

Uzun çimərlikləri, tarixi, təbiəti və kəşf olunmağı gözləyən sualtı dünyası, hər fəsilə uyğun təbiəti, möhtəşəm ləzzətləri ilə Qırmızı dənizin mirvarisi Şarm Əl-Şeyx səhranın ortasında bənzərsiz bir vahədır... Əsası bir neçə bədəvi tərəfindən salınan kiçik balıqçılıq kəndi kimi yaranan şəhər, son illərdə məskunlaşmaq üçün ən populyar yerlərdən birinə çevrilib. Keçmişdə liman şəhəri olan Şarm Əl-Şeyx UNESCO tərəfindən sülh və gözəllik baxımından “Dünyanın ən yaxşı şəhəri” elan edilib. Əl-Salaam, Naama və Nabq rayonlarından ibarət bu şəhər “Sülh şəhəri” kimi də tanınır.

Şarm Əl Şeyxə qiyabi səyahətimizə Əl-Səhabə məscidi ilə başlamaq istəyirik. Dünyanın ən gözəl məscidlərindən biri kimi tanınan,misirli memar Fuad Tavfik Hafez tərəfindən layihələndirilən məscid böyük diqqət çəkir. Onun memarlıq ilhamı Osmanlı və Məmlük üslublarından gəlir. 2008-ci ildə başa çatdırılan məscidin tikintisi təxminən 33 milyon dollara başa gəlib.

 Shark Bay möhtəşəm mərcan rifləri və zəngin sualtı həyatı ilə məşhurdur. Ziyarətçilər şüşə dibli qayıqlarda ekskursiya edə və ya dalışla bu rəngarəng sualtı dünyasını kəşf edə bilərlər. Körfəzin təmiz suları tropik balıqları, delfinləri və hətta köpək balıqlarını görmək üçün unikal imkan yaradır. Sualtı fəaliyyətlərlə yanaşı, qumlu çimərlikdə dincələ və təbiətin gözəlliyindən həzz ala bilərsiniz. Şarm Əl-Şeyxdən təxminən bir saatlıq məsafədə yerləşən bu məşhur milli park dəfələrlə dünyanın ən gözəl dalğıc yerlərindən biri adını qazanıb. Bununla belə, bura təkcə dalğıclar üçün deyil, həm də şnorkelçilər üçün də cənnətdir. Dəniz həyatının rəngləri və müxtəlifliyi inanılmazdır.

Sinay səhrasının ortasında dünyanın ən qədim və ən mühüm monastırlarından biri ucalır: 6-cı əsrdə əsası qoyulmuş Müqəddəs Yekaterina monastırı… UNESCO-nun Ümumdünya İrs siyahısında olan bu monastır müqəddəs sayılan Musa dağının ətəyində yerləşir. Müqəddəs Kitaba görə, Allah burada Musaya On Əmri verib. Monastır hələ də fəal şəkildə istifadə olunur və burada yunan pravoslav rahibləri qalır. Üç böyük dinin: Xristianlıq, İslam və Yəhudiliyin kəsişdiyi bu bölgə son dərəcə müqəddəs sayılır. Burada Vatikandan sonra dünyanın ən qiymətli əlyazma kolleksiyası da var.

Paylaş: