BMT son 15 ildə ilk dəfə qaçqınların sayında azalma qeydə alıb
BMT son 15 il ərzində ilk dəfə olaraq dünya üzrə qaçqınların sayında azalma qeydə alıb.
Fhnews.az xəbər verir ki, bu barədə məlumat BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığının hesabatına yer alıb. Sənədə əsasən, 2024-cü ildə qaçqınların ümumi sayı yarım milyondan çox azalıb. Bu, Suriyada silahlı münaqişə başlayandan bəri ilk belə haldır.
Eyni zamanda, ötən il 1,6 milyon qaçqın öz vətəninə qayıdıb. Ukraynada müharibənin davam etməsinə baxmayaraq, bu siyahıya həmin ölkənin vətəndaşları da daxildir. 2024-cü ildə ölkəsinə qayıdan ukraynalıların sayı 210 min nəfərə çatıb.
BMT qaçqınların sayının azalmasının mümkün səbəbləri arasında onları qəbul edən bir sıra ölkələrdə vəziyyətin pisləşməsini qeyd edib. Hesabatda vurğulanır ki, ukraynalılar xaricdə vətəndaş hüquqları ilə bağlı problemlərə görə geri qayıtmağa məcbur olurlar.
Qazaxıstan aviaşirkətləri İran və İraqın...
İsrailin zərbələri nəticəsində İranın...
İranın Ali rəhbəri xalqa müraciət edib...
Beynəlxalq Kosmik Stansiyada hava...
“EgyptAir” İraq, İordaniya və Livana...