13 iyul 2025, bazar Bakı, 23°C
IMG-LOGO

Los-Ancelesdə komendant saatı elan edilib

11-06-2025
IMG

Günlərdir qeyri-qanuni mühacirlərə dəstək nümayişlərinə səhnə olan Los-Anceles şəhər mərkəzində komendant saatı elan edilib. Kaliforniya əyalətinə bağlı Los Anceles Bələdiyyəsi tərəfindən edilən yazılı açıqlamada, hər gün yerli vaxtla saat 20:00-06:00 arası komendant saatı tətbiq ediləcəyi açıqlanıb. Açıqlamada qeyd olunub ki, Los Anceles Polis Departamenti (LAPD) qruplarına əlavə olaraq, şəhər mərkəzində təhlükəsizliyi təmin etmək üçün bölgənin hər yerindən yüzlərlə təhlükəsizlik işçisi təyin edilib.

Bəyanatda komendant saatının bütün şəxslərə şamil edildiyi və hüquq-mühafizə orqanlarının əməkdaşları, səhiyyə və fövqəladə hallar işçiləri, yerli sakinlər, işə gedib-gələnlər və mətbuat kartı daşıyan jurnalistlərin əhatə dairəsindən kənarlaşdırıldığı bildirilib.

Paylaş: