Bayram günlərində zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzə 11 nəfər müraciət edib
Bayram günlərində (6-9 iyun) zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 11 nəfər qəbul edilib.
Bu barədə TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 3 nəfər sirkə turşusundan, 5 nəfər dərmandan, 1 nəfər ilan sancmasından, 1 nəfər allergik reaksiyadan, 1 nəfər isə fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir.
Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb.
MEDİA: Bir sıra sosial şəbəkələrdə...
Bu gün Bakının 549 küçəsi yuyulub...
Nazir Kəmaləddin Heydərov BMMT-nin yeni...
Dünya səyyahları Cəbrayılda mina...
Sabah 41 dərəcə isti olacaq...