FHN-in Şimal Regional Mərkəzində radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbiri keçirilib
Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin həyata keçirilməsi üzrə işləri davam etdirir.
Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə Şimal Regional Mərkəzi arasında imzalanmış “Qarşılıqlı fəaliyyət planı” çərçivəsində “Sahibsiz radioaktiv mənbələr və onlarla davranış” mövzusunda birgə tədbir keçirilib.
Tədbirdə FHN-in yerli qurumlarının, rayon icra hakimiyyətinin və gömrük idarələrinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə Agentliyin rəis müavini Əkbər Quliyev açaraq Agentliyin fəaliyyət istiqamətləri, Regional mərkəzlərlə birgə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verərək, belə tədbirlərin sahibsiz radioaktiv mənbələrlə əlaqəli davranışların təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Ümumilikdə 25 nəfərdən artıq nümayəndənin qatıldığı tədbirdə nüvə və radioloji fəaliyyətlər, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr, sahibsiz radioaktiv mənbələrin aşkar edilməsi, sahibsiz radioaktiv mənbələrlə davranış zamanı qurumların əlaqələndirilməsi, nüvə və radioloji qəza halları, qəza hallarında idarəetmə mexanizmi məsələləri müzakirə olunub.
Tədbir zamanı - Agentliyin Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin baş məsləhətçisi Elvin Muradov, Sənaye və elmi tədqiqat müəssisələrinə nəzarət sektoru Amil Həmidov, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin baş məsləhətçisi Rəşad Osmanov aidiyyəti mövzular üzrə 3 təqdimatla çıxış ediblər. Təbdir zamanı Agentlik tərəfindən hazırlanan radiasiya qəzalarına aid videoçarx nümayiş olunub.
Təbdirdə mövzuya dair videoçarxlar nümayiş olunub, suallar ətraflı cavablandırılıb.
“Qida məhsulları ilə təmasda olan...
IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı...
Növbəti sosial islahat paketi...
Fövqəladə Hallar Nazirliyi yanında...
FHN-in idman yarışlarında uğur qazanmış...