Kürdəmirin 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolları yenidən qurulur
Kürdəmir rayonunda Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi magistral yolunu Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının yenidən qurulması işlərinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, layihə 12 mindən artıq əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edir.
Məlumata əsasən, uzunluğu 18 kilometr olan, çınqıl örtüklü mövcud yol xüsusilə payız-qış mövsümündə nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinliklər yaradırdı. Yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilərək, genişliyi 10 metrədək artırılır, bu da 6 metr hərəkət hissəsi və hər iki tərəfdə 2 metr çiyin hissəsini əhatə edir. Hazırda layihənin 4 kilometrlik Muğanlı hissəsində torpaq işləri, qazma, əks-dolğu və yol yatağının tikintisi üzrə texnoloji ardıcıllığa əsaslanan işlər davam etdirilir.
Eyni zamanda, yol boyunca suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri sahələrdə isə müxtəlif diametrli yeni suötürücü borular quraşdırılır.
Layihənin yekun mərhələsində hərəkətin təhlükəsiz və səmərəli təşkili məqsədilə yol nişanları, siqnal dirəkləri, kilometr göstəriciləri və dayanacaqların quraşdırılması, eləcə də yol-cizgi və yolgöstərici xətlərinin, piyada keçidlərinin çəkilməsi işləri həyata keçiriləcək.
Azərbaycan-BƏƏ tərəfdaşlığının inkişafı...
Azərbaycana məxsus “Murovdağ” gəmisi...
Azərbaycanla Beynəlxalq Enerji Agentliyi...
Gəncədə 22 müntəzəm avtobus marşrutu...
Fransa şirkəti ilə alüminium sənayesi...