Cənubi Koreya Polşaya tank ixrac edəcək
Seul bu ay Polşaya 180 ədəd K2 tankı ixrac etmək üçün ən böyük müdafiə müqaviləsini imzalamağa hazırlaşır. 117 tank "Hyundai Rotem", qalanları isə Polşa dövlət şirkəti PGZ tərəfindən birgə istehsal ediləcək.
"Yonhap" xəbər agentliyi hökumət mənbələrinə istinadən xəbər verir ki, Cənubi Koreya bu ayın sonunda Polşaya əlavə "K2 Black Panther" tanklarının ixracı üçün müdafiə müqaviləsini yekunlaşdırmağa hazırlaşır. Müqavilə Seulun bu günə qədər ən böyük silah ixracı olacaq.
"Yonhap" agentliyinə verilən məlumatda müdafiə sənayesi rəsmilərindən biri bildirib ki, imzalanma mərasimi bu ayın axırında Polşada keçiriləcək.
Müqaviləyə əsasən, Polşa 180 ədəd K2 tankı alacaq. Bunlardan 117-si Cənubi Koreyanın müdafiə şirkəti "Hyundai Rotem Co.", qalan tanklar isə Polşanın dövlət şirkəti PGZ tərəfindən istehsal olunacaq.
Qeyd edək ki, müqavilənin ilkin olaraq 2023-cü ilin sonunda bağlanacağı gözlənilirdi, lakin hər iki ölkədə baş verən siyasi proseslər, xüsusən də dekabrda Cənubi Koreyada fövqəladə hərbi vəziyyətin tətbiqi cəhdinin uğursuzluğu səbəbindən təxirə salındı.
Müqavilə Rusiya-Ukrayna müharibəsi ilə bağlı davam edən təhlükəsizlik narahatlıqları fonunda Polşanın hərbi potensialını gücləndirmək səylərinin bir hissəsi kimi qiymətləndirilib.
2022-ci ildə Varşava Cənubi Koreya ilə K2 tanklarının, K9 haubitsaların və FA-50 yüngül hücum təyyarələrinin alınmasını əhatə edən bir sıra müdafiə müqavilələri imzalayıb.
Hindistan və “SpaceX”in birgə kosmik...
Avropada quraqlıq xəbərdarlığı...
Aralıq dənizinin "ağciyərləri"...
BMT-nin Okean Konfransında plastik...
Dünya Bankı qlobal iqtisadi artım...