8 iyun 2025, bazar Bakı, 28°C
IMG-LOGO

Qanada son bir ayda meymunçiçəyinə 45 yoluxma halı qeydə alınıb

08-06-2025
IMG

Son bir ay ərzində Qanada meymunçiçəyi virusuna 45 təsdiqlənmiş yoluxma halı qeydə alınıb ki, bu da 2022-ci ildən bəri ən ciddi yayılma dalğasıdır.

Fhnews.az xəbər verir ki, Qana Səhiyyə İdarəsi indiyədək heç bir ölüm halının qeydə alınmadığını bildirib.

Qeyd olunur ki, yayılmanın qarşısını almaq məqsədilə təcili tədbirlər planının həyata keçirilməsinə başladıldığı elan edilib. Bu plan çərçivəsində yoluxmuş şəxslərin erkən aşkar edilməsi, onların təcridi və müalicəsi, yoluxanlarla təmasda olanların izlənməsi, ən çox riskə məruz qalan səhiyyə işçilərinin peyvənd olunması və genişmiqyaslı maarifləndirmə kampaniyasının həyata keçirilməsi nəzərdə tutulur.

Paylaş: