Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
Azərbaycanın turizm potensialı 5-8 iyun tarixlərində Koreya Respublikasının paytaxtında keçirilən Seul Beynəlxalq Səyahət Sərgisində (Seoul International Travel Fair - SITF) nümayiş etdirilir.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, Koreya Respublikasının aparıcı turizm sərgilərindən biri olan SITF qlobal turizm peşəkarları üçün şəbəkələşmə, innovativ tendensiyaların öyrənilməsi və turizm sənayesində tanıtım imkanları yaradan dinamik platforma rolunu oynayır.
Sərgidə ölkəmiz Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC və 5 yerli tərəfdaş tərəfindən təmsil olunur. Ziyarətçilərə Azərbaycanın mədəniyyəti, milli mətbəxi və təbiət turizmi ilə əlaqdar məlumatlar təqdim edilir.
Sərgi zamanı Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilir, eləcə də "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir.
Qeyd edək ki, Azərbaycanın Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov milli stendimizi ziyarət edib.
Azərbaycanın turizm potensialı Koreya...
Turizmdə iqlim dəyişiklikləri mövzusunda...
“Yay musiqi mövsümü”nün ziyarətçiləri...
Laçında Azərbaycan və MDB-yə üzv...
Dövlət Turizm Agentliyi tərəfindən elan...