8 iyun 2025, bazar Bakı, 21°C
IMG-LOGO

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi aşağı salınıb

07-06-2025
IMG

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 kilometr/saat aşağı salınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Mərkəzin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Paylaş: