İtaliya sahillərində qayıqda köməksiz vəziyyətdə qalan 85 miqrant xilas olunub
İtaliyanın sahil mühafizəsi xidmətinin patrul gəmisi 11 metrlik qayıqda köməksiz vəziyyətdə qalan 85 miqrantı xilas edib.
Fhnews.az xəbər verir ki, miqrantlar Siciliyanın cənubundakı Lampeduza adasındakı limana aparılıb. Banqladeş, Efiopiya, Somali, Misir, Sudan, Eritreya, Pakistan və Cənubi Sudandan olan miqrantların qayıqla Liviyanın Zaviyə şəhərindən yola düşdükləri bildirilib.
Miqrantlar Avropaya çatmaq üçün hər nəfərə 5000-8000 dollar ödədiklərini deyiblər.
İtaliya sahillərində qayıqda köməksiz...
Qazaxıstanda uzun müddət axtarılan orta...
Türkiyədə meşə yanğını baş verib...
Yunanıstanda zəlzələ olub...
Çində 13,35 milyon abituriyent ali...