Dünyanın ən kiçik skripkası yaradılıb
Alimlər dünyanın ən kiçik skripkasını yaradıblar. Platindən hazırlanmış bu mikroskopik alət səs dalğalarının istiqamətləndirilməsi üzrə təcrübələrdə inqilab edə bilər. Bu mikroskopik alətin uzunluğu cəmi 35, eni isə 13 mikrondur. Qeyd edək ki, mikron metrin milyonda bir hissəsidir.
Platindən hazırlanmış skripka insan saçından belə nazikdir. Miniatür skripka səs dalğalarını manipulyasiya etmək üçün nəzərdə tutulmuş elmi təcrübənin bir hissəsi kimi hazırlanmışdır.
Tədqiqatçılar bu cür mikroskopik strukturlarla səsin necə yönəldildiyini və idarə oluna biləcəyini araşdırmağı hədəfləyirlər.
Bu cür tədqiqatlar gələcəkdə mikroskopik miqyasda səs dalğalarından istifadə edərək yeni texnologiyaların inkişafına töhfə verə bilər. Skripkanın dünyanın ən kiçiki olduğu rəsmən təsdiqlənməsə də, onun insan saçının diametrindən (adətən 17 ilə 180 mikron arasında) kiçik olduğu bildirilir.
Egeydə 3,9 bal gücündə zəlzələ baş verib...
Dünyanın ən kiçik skripkası yaradılıb...
Qanada son bir ayda meymunçiçəyinə 45...
Tədqiqat: Uşaq səhər yeməyi üçün nəzərdə...
Beyin qıvrımlarının idrakla əlaqəsi ilə...