Yaponiyada İkinci Dünya Müharibəsindən qalma bomba partlayıb
Yaponiyanın cənub-qərbindəki Okinava prefekturasında İkinci Dünya Müharibəsi zamanı partlamamış bombanın partlaması nəticəsində Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) dörd əsgəri yaralanıb. Partlayış Yomitan kəndindəki obyektdə baş verib. Obyekt Okinava Prefektura Hökuməti tərəfindən idarə olunan İkinci Dünya Müharibəsində partlamamış sursatlar üçün müvəqqəti saxlama sahəsi kimi istifadə olunur.
Hadisənin baş verdiyi anbar ABŞ hərbçilərinə məxsus olan Kadena Sursat Anbarı ərazisində yerləşir və partlayışın kiçik olduğu bildirilir. Anbar Yaponiya Özünümüdafiə Qüvvələrinin bomba zərərsizləşdirilməsi bölməsi tərəfindən istifadə olunur.
Yaponiya Müdafiə Nazirliyi bildirib ki, bu, SDF bomba zərərsizləşdirmə bölməsinin tarixində ilk dəfədir ki, şəxsi heyət bomba partlaması nəticəsində yaralanıb.
Türkiyənin iki tarixi abidəsi UNESCO-nun...
UNESCO Bavariya Kralı II Ludviqin məşhur...
Reyn çayında suyun temperaturu 2100-cü...
Türkiyədə meşə yanğını səbəbindən iki...
Atlantik okeanında nanoplastiklərin...