Azərbaycan “Avropa Poçtu Filateliya Forumu 2025”də təmsil olunub
Aland adalarının Mariehamn şəhərində Avropa Poçtunun təşkilatçılığı ilə Filateliya Forumu keçirilib.
Fhnews.az “Azərpoçt” MMC-nin məlumatına istinadla xəbər verir ki, forum filateliya sahəsində bilik və təcrübə mübadiləsini təşviq etmək, həmçinin bu sektorun davamlı inkişafını dəstəkləmək məqsədilə təşkilatları və aidiyyatı şəxsləri bir araya toplayıb.
Tədbirdə Avropa və digər regionlardan olan poçt təşkilatlarının filateliya üzrə məsul əməkdaşları və bu sahənin ekspertləri iştirak ediblər.
Bu forumda “Azərpoçt”u Marka şöbəsinin müdiri Sitarə Hüseynova təmsil edərək, görüş və müzakirələrdə iştirak edib.
İki gün davam edən forum çərçivəsində filateliyanın müasir çağırışlar fonunda inkişaf perspektivləri, innovativ yanaşmalar, rəqəmsallaşma, marka sənətkarlığı və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycanla Beynəlxalq Enerji Agentliyi...
Gəncədə 22 müntəzəm avtobus marşrutu...
Fransa şirkəti ilə alüminium sənayesi...
Çin şirkətlərinin Azərbaycanda...
Tacikistanla torpaqların idarəedilməsi...