Avropada qarışqa istilası
Vətəni Aralıq dənizi bölgəsində olan tapinoma magnum adlı qarışqa növü sürətlə Fransa, Almaniya, Belçika, Hollandiya və İsveçrəyə yayılır. Aralıq dənizi bölgəsində yaşayan bir qarışqa növü Avropanı istila edib.
Tapinoma magnum adlanan növ Aralıq dənizinin müxtəlif yerlərində, o cümlədən Əlcəzair, Mərakeş, Tunis, İspaniya və İtaliyada yaşayır. Fransa, Almaniya, Belçika, Hollandiya və İsveçrəyə də sürətlə yayılan bu növün bir neçə gün ərzində La-Manş boğazını keçərək İngiltərəyə çatacağı düşünülür.
Bu qarışqalar yolların altında tunellər qazaraq elektrik xətlərini dişləyərək elektrik enerjisinin və internetin kəsilməsinə səbəb olur.
“Naftemporiki” qəzetinin məlumatına görə, Britaniya Zərərvericilərlə Mübarizə Assosiasiyasının (BPCA) texniki direktoru Niall Gallagherin fikrincə, bu növlər üçün həmişə təhlükə var. Onlar böyük superkoloniyalar əmələ gətirir, yerli növləri sıxışdırır və hətta səki plitələrinin altında çuxurlar yaradır.
G7 ölkələrinin sammiti iyunun 16-da...
İngiltərədəki Bempton Cliffsin quş...
Qırmızı dənizin mirvarisi Şarm Əl Şeyx…...
CNN: ABŞ 500 mindən çox miqrantın...
Son dönəmin təyyarə qəzalari : səbəblər...