“Ekstremal şəraitdə ilkin psixoloji yardım” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib
Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin Cənub Regional Mərkəzində növbəti maarifləndirmə tədbiri keçirilib.
Nazirliyin cənub bölgəsində fəaliyyət göstərən yerli qurumlarının zabit və xilasedicilərinin iştirak etdiyi tədbirdə baş idarənin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi leytenant Çillər Əsədli “Psixoloji reabilitasiya və özünüidarəetmə qaydaları” haqqında çıxış edərək stressin psixofizioloji mexanizmi, uzunmüddətli stressin əlamətləri, təşviş pozuntuları və texnikalar barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Baş idarənin psixoloqu Sona Məmmədova son dövrlər aktuallığı daha da artan “İntihar və intihara cəhd hadisələrinin qarşısının alınması” mövzusunda çıxış edərək, intiharın mahiyyəti, səbəbləri, intihara cəhd edən insanın davranışı və psixologiyası barədə ətraflı məlumat verib, risk qrupları, intihara cəhd edən insanla ünsiyyət zamanı xüsusi davranış qaydalarından bəhs edib.
Tədbir zamanı məlumatlar fotoslayd və videoçarxın müşayiəti ilə təqdim edilib, mövzular ətrafında geniş müzakirələr aparılıb, suallar ətraflı cavablandırılıb.
Xankəndidə Ekoloji məsələlər üzrə İşçi...
Abşeron rayonunda kompleks mülki müdafiə...
Laçına köçürülmüş şəxslərdən 1150 nəfər...
NİİM sürücülərə müraciət edib...
Ailə, Qadın və Uşaq Problemləri üzrə...