Qrenlandiyanın buz təbəqəsi orta hesabla 17 dəfə daha tez əriyib
Dünyanın ən böyük adası olan Qrenlandiyadakı buz təbəqəsinin may ayında baş verən isti hava dalğası zamanı orta səviyyədən 17 dəfə daha sürətli əridiyi açıqlanıb. Meteoroloji hadisələri araşdıran akademik əməkdaşlıq təşkilatı World Weather Attribution (WWA) Qrenlandiyanın buz təbəqəsinin hazırkı vəziyyəti ilə bağlı araşdırma dərc edib.
Qrenlandiyada buz təbəqəsinin keçən may ayında isti hava dalğası zamanı orta göstəricidən 17 dəfə daha sürətli əridiyini qeyd edən hesabatda İslandiya ilə Qrenlandiyada oxşar temperaturun yalnız hər 100 ildə bir dəfə təkrarlana biləcəyinə işarə edilib.
Qeyd edək ki, dünyanın ən böyük adası kimi tanınan və sahəsi 2,16 milyon kvadrat kilometr olan Qrenlandiya Arktika bölgəsində yerləşir. Adada orta temperatur yayda 10 dərəcə, qışda isə mənfi 10 dərəcədir.
Ən seyrək məskunlaşan ərazilərdən birində yerləşən uzaq və donmuş adada təxminən 57.000 insan yaşayır, onların əksəriyyəti yerli inuitlərdir. Torpaqlarının 80 faizi buzlaqlarla örtüldüyündən, əhalinin əksəriyyəti adanın paytaxtı Nuuk ətrafındakı cənub-qərb sahillərində yaşayır.
G7 ölkələrinin sammiti iyunun 16-da...
İngiltərədəki Bempton Cliffsin quş...
Qırmızı dənizin mirvarisi Şarm Əl Şeyx…...
CNN: ABŞ 500 mindən çox miqrantın...
Son dönəmin təyyarə qəzalari : səbəblər...