13 iyun 2025, cümə Bakı, 21°C
IMG-LOGO

Qanunsuz reklamların yayımı ilə əlaqədar müraciətlərin sayı 10 faizdən çox artıb

11-06-2025
IMG

Cari ilin yanvar-aprel ayları ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çox artım qeydə alınıb.

Dövlət Agentliyindən bildirilib ki, reklam qanunvericiliyinə nəzarət mexanizmlərinin tətbiqi sahibkarların müvafiq normativ hüquqi aktlara uyğun fəaliyyətlərinin təmin olunmasına, istehlakçıların hüquqlarının effektiv müdafiəsinə və ümumilikdə ictimai maraqların qorunmasına xidmət edir.

Paylaş: