Son dönəmin təyyarə qəzalari : səbəblər və faktlar
Hindistanın Qucarat əyalətində hava limanı yaxınlığında 242 nəfərin olduğu sərnişin təyyarəsinin qəzaya uğraması son vaxtlar dünyada baş verən oxşar qəzaları gündəmə gətirib.
Əhmədabad şəhərindəki Sərdar Vallabhbhai Patel beynəlxalq hava limanından London Qatvik hava limanına uçan “Air India 171” sərnişin təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra qəzaya uğrayıb.
“Air India” "Boeing 787-8 Dreamliner" model təyyarəsində 242 sərnişin və ekipajın olduğunu açıqlayıb. Qəza son bir ildə dünyada baş verən və çoxsayda insanın ölümü ilə nəticələnən oxşar hadisələri gündəmə gətirib.
Yanvarın 29-da ABŞ-nın paytaxtı Vaşinqton yaxınlığında 60 sərnişin və 4 ekipajı olan “American Airlines” sərnişin təyyarəsi və 3 hərbçini daşıyan helikopter toqquşub. Çaya düşən təyyarədən heç kim sağ qalmayıb.
Həmin gün Cənubi Sudanda "Beechcraft 1900D" tipli təyyarə havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Təyyarədə olan 21 nəfərdən 20-si həyatını itirib.
Martın 17-də Hondurasda içərisində 18 nəfərin olduğu kiçik təyyarə dənizə düşüb. Roatan adasından Truxilyoya qalxdıqdan bir müddət sonra qəzaya uğrayan təyyarənin qalıqları arasından 12 nəfərin cəsədi tapılıb.
ABŞ-nın Kaliforniya ştatının San Dieqo şəhərində mayın 22-də kiçik "Cessna 550" tipli təyyarənin yaşayış məntəqəsinə çırpılması nəticəsində 6 nəfər həyatını itirib.
“Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həyatını itirib. Bu qəzadan bir neçə gün sonra, 2024-cü il dekabrın 29-da Banqkok-Muan marşrutu ilə hərəkət edən “Boeing 737-800” modelli təyyarənin Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında eniş zamanı şassisi açılmayıb. Təyyarə uçuş-enmə zolağına endikdən sonra idarəetməni itirərək divara çırpılıb və nəticədə 179 nəfər həlak olub və hadisə Cənubi Koreyanın aviasiya tarixində ən ölümcül fəlakət kimi tarixə düşüb. Braziliyanın Kaskavel şəhərindən Quarolhus istiqamətində hərəkət edən sərnişin təyyarəsi 9 avqust 2024-cü ildə San Paulo əyalətinin şimalındakı Vinhedo şəhərində yaşayış məntəqəsinə çırpılıb. Qəzada 58 sərnişin və 4 ekipaj üzvü olmaqla 62 nəfər həyatını itirib.
24 iyul 2024-cü ildə Nepalın paytaxtı Katmanduda Tribhuvan Beynəlxalq Hava Limanında 19 nəfərin olduğu təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Pilot xəsarətlərlə sağ qalıb, lakin təyyarədə 18 nəfərin meyiti tapılıb.
“Boeing” tərəfindən 2011-ci ildə istifadəyə verilən "Boeing 787-8 Dreamliner" modeli uzun məsafəli uçuşlar üçün “Air India” ilə yanaşı bir çox hava yolu şirkəti tərəfindən də tez-tez seçilir. Modeldə aktiv istifadədə olan mindən çox təyyarə var.
Hindistanda baş verən təyyarə qəzası “Boeing 787-8 Dreamliner” modelinin ilk ölümcül qəzası kimi qeydə alınıb. Digər tərəfdən, modellə bağlı təhlükəsizliklə bağlı narahatlıqlar yenidən gündəmə gəlib.
Keçmişdə texniki problemlər səbəbindən tez-tez gündəmə gələn “Boeing”lə bağlı bəzi iddialar irəli sürülüb. “New York Times”ın məlumatına görə, 10 ildən çox “Boeing”də mühəndis işləyən Sem Salehpur aprel ayında "Boeing 787-8 Dreamliner" modelində ciddi texniki problemlər olduğunu iddia etmişdi.
Bu modelin hissələrinin səhv yığıldığını iddia edən Salehpour, istehsal prosesində “Boeing”in aldığı risklərin təyyarələrdən istifadə edildiyi üçün böyük problemlər yaradacağını və təyyarələrin uçuş zamanı ayrıla biləcəyini müdafiə edib.
“Boeing” bu iddiaları təkzib etsə də, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məsələ ilə bağlı araşdırmaya başlayıb.
Türkiyənin iki tarixi abidəsi UNESCO-nun...
UNESCO Bavariya Kralı II Ludviqin məşhur...
Reyn çayında suyun temperaturu 2100-cü...
Türkiyədə meşə yanğını səbəbindən iki...
Atlantik okeanında nanoplastiklərin...