11 iyun 2025, çərşənbə Bakı, 25°C
IMG-LOGO

Naxçıvanda IX siniflər üzrə buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərin sayı artıb

10-06-2025
IMG

Naxçıvanda IX siniflər üzrə keçirilən buraxılış imtahanında 250-300 bal aralığında nəticə göstərən şagirdlərin sayı ötən illə müqayisədə 29 faiz artıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

İmtahanda muxtar respublikanın ümumtəhsil müəssisələrindən 188 şagird 250-300 intervalında bal toplayıb.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində isə 146 şagird 250-300 intervalında bal toplamışdı.

Paylaş: