13 iyul 2025, bazar Bakı, 21°C
IMG-LOGO

Azərbaycan yığmalarının Avropa çempionatının birinci mərhələsindəki rəqibləri məlum olub
 

10-06-2025
IMG

17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2025/2026-cı illər mövsümü üzrə Avropa çempionatının birinci mərhələsinin püşkü atılıb.

Fhnews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millilərinin rəqibləri müəyyənləşib. B Liqasının 1-ci qrupunda yer alan U-17 Uels, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq.

B Liqasının 5-ci qrupunda qərarlaşan U-19 isə Sloveniya, Şimali Makedoniya və Gürcüstan seçmələri ilə qarşılaşacaq.

Oyunlar bu ilin payızında keçiriləcək. Turnirin təşkil olunacağı ölkə və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.

 
Paylaş: