Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində silsilə tədbirlər keçiriləcək
26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla birlikdə bir sıra silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirlər çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müvafiq mətnli SMS bildiriş (DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802) ölkə üzrə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən abunəçilərə göndəriləcək. Azərbaycan Gənclər Fondu ilə imzalanmış tədbirlər planının 1-ci bəndinə müvafiq olaraq, müxtəlif tədbirlərdə istifadə üçün üzərində narkotik istifadəsinə qarşı mübarizəyə aparmağa səsləyən şüar və cümlələr, gənclər arasında maarifləndirici bukletlər paylanacaq, rolaplar istifadə ediləcək. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində respublikanın regionlarında gənclər üçün narkotik vasitələrin insan orqanizminə mənfi təsiri və törətdiyi fəsadlara dair biliklərin artırılması məqsədilə təlimlər təşkil ediləcək. Ali və orta ixtisas təhsili müəsissələrində tələbələr arasında antinarkotik təbliğat işinin əhatəsinin genişləndirilməsi məqsədilə “Sağlam həyat tərzi və ailə dəyərləri” mövzusunda seminarlar və ictimai mühazirələr keçiriləcək. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin elektron informasiya tablolarında “Özünü qoru, narkotikə hədəf olma” şüarı nümayiş olunacaq. Maarifləndirici videoçarxlar Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda və metro stansiyalarında nümayiş etdiriləcək. Dövlət Komissiyasının 2025-ci ilə dair İş Planının 18-ci bəndinə müvafiq olaraq, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyaları tərəfindən aidiyyəti qurumlar və vətəndaş cəmiyyəti institutları cəlb edilməklə tədbirlər keçiriləcək.
Məlumata görə, həyata keçirilən tədbirlərin media subyektlərində və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin ediləcək.
BDYPİ skuterlə hərəkət edənlərə...
Həkim-allerqoloq: Uşaqlarda daha çox süd...
Məktəbəqədər təhsildə yeniliklər: Özəl...
FHN-in Şimal Regional Mərkəzində...
Leysan olacaq, dolu düşəcək -...