Samur-Abşeron kanalında batan 23 yaşlı oğlanın meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinə Taxtakörpü Su Anbarında suyun üzərində bir nəfərin meyitinin müşahidə edildiyi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şimal” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində Samur-Abşeron kanalında batması ehtimal olunan 2002-ci il təvəllüdlü Rüstəmov Samir Çərkəz oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xırdalanda yanğın söndürülüb YENİLƏNİB-3...
Göygöldə quyuya düşən şəxs xilas edilib...
Samur-Abşeron kanalında batan 23 yaşlı...
FHN: Dənizkənarı Milli Park ərazisində...
Qeyri-iş günləri ərzində ümumilikdə 230...