Almatıda beynəlxalq logistika qovşağı açılıb
Almatıda müasir ZHETYSU konteyner terminalının açılışı baş tutub. Bu genişmiqyaslı infrastruktur layihəsi “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin törəmə şirkəti olan “Kedentransservis” ASC ilə Çinin “Xi’an Free Trade Port Construction and Operation” şirkəti arasında beynəlxalq tərəfdaşlığın nəticəsidir.
Fhnews.az “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, əsas nəqliyyat magistrallarının kəsişdiyi ərazidə yerləşən və illik gücü 115 000 TEU olan terminal yüklərin konsolidasiyası üçün strateji mərkəzə və Qazaxıstanın ən böyük idxal logistika qovşağına çevriləcək. Terminal nəqliyyat əlaqələrini gücləndirəcək və logistika xərclərini azaldacaq.
Açılış günü terminala Çinin Sian şəhərindəki Qazaxıstan-Çin yük terminalından yola salınmış ilk konteyner qatarı daxil olub.
Türkiyənin iki tarixi abidəsi UNESCO-nun...
UNESCO Bavariya Kralı II Ludviqin məşhur...
Reyn çayında suyun temperaturu 2100-cü...
Türkiyədə meşə yanğını səbəbindən iki...
Atlantik okeanında nanoplastiklərin...