Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Marselu Rebelu de Souzaya
Hörmətli cənab Prezident,
Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Portuqaliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2025-ci il
Monqolustanın Prezidenti Zati-aliləri...
“Azərbaycan Respublikası Hökuməti ilə...
Amerika Birləşmiş Ştatlarının Prezidenti...
Venesuela Bolivar Respublikasının...
Amerika Birləşmiş Ştatlarının Prezidenti...