11 iyun 2025, çərşənbə Bakı, 26°C
IMG-LOGO

Gəncə avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
 

10-06-2025
IMG

R-51 M-2 (336 kilometr) - Gəncə avtomobil yolunun 2-ci kilometrində yerləşən körpünün təmiri ilə əlaqədar olaraq, 11 iyun saat 00:00-dan başlayaraq sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq körpünün yanındakı alternativ yolla təmin olunacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Paylaş: