12 iyun 2025, cümə axşamı Bakı, 24°C
IMG-LOGO

“Məşğulluğa dəstək layihəsi” üzrə 25 minə yaxın şəxs üçün təsərrüfatlar qurulub

10-06-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” çərçivəsində ötən dövrdə 25 minə yaxın şəxs avadanlıqlarla təmin edilib. Verilmiş avadanlıqlar hesabına onlar istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurublar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2020-2025-ci illəri əhatə edən həmin layihə özünüməşğulluq proqramının genişlənməsinə, həssas əhali qruplarının (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və b.) kiçik biznesə çıxışına dəstək məqsədi daşıyır.

Bu ilin axırınadək 26 mindən artıq benefisiarın layihəyə cəlb olunması hədəflənib.

Paylaş: