Yunanıstanda içməli suda uran aşkar edilib
Yunanıstanın Serres şəhərinin Melenikitsi və Hortero kəndlərində aparılan ölçmələrdə içməli su ehtiyatlarında yüksək səviyyədə uran aşkar edilib. Heraklia Bələdiyyə Başçısı Kleanthis Koçakiahidis bələdiyyə su və kanalizasiya idarəsinin (DEYAH) apardığı təhlilin nəticələrini ictimaiyyətlə paylaşıb.
Bildirilib ki, hakimiyyət orqanları əhalinin sağlamlığının qorunması üçün fövqəladə tədbirlər həyata keçirib və suyun təhlükəsiz səviyyəyə qaytarılması üçün işlərə başlayıb.
Xatırladaq ki, mayın 28-də içməli suda uranın təhlükəli miqdarının aşkarlanmasından sonra Serres şəhərində üç yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilmişdi.
Qazaxıstan aviaşirkətləri İran və İraqın...
İsrailin zərbələri nəticəsində İranın...
İranın Ali rəhbəri xalqa müraciət edib...
Beynəlxalq Kosmik Stansiyada hava...
“EgyptAir” İraq, İordaniya və Livana...