Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 54 mindən çox sərnişin daşınıb
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram və istirahət günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün iyunun 5-dən 9-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) səhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə AYNA tərəfindən nəzarət olunub.
AYNA-dan bildirilib ki, bu tarixlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə 1034 reys həyata keçirilib, 31636 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 250-ə yaxın reys həyata keçirilib.
Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə 1253 reyslə 22446 sərnişin daşınıb. Biletlər avtovağzalların kassalarından və “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim olunub. Sərnişinlərin 40 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.
Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
Bu il kommersiya qurumlarının 85 faizdən...
Azərbaycan “Avropa Poçtu Filateliya...
Nazir müavini: Azərbaycanda 5G...
Dünyanın ən böyük ultramarafonu...
2025-2027-ci illərdə Sığorta Sektorunun...