Dövlət Su Ehtiyatları Agentliyi Xəzər rayonunda su təchizatı ilə bağlı görülən işləri açıqlayıb
Xəzər rayon əhalisinin dayanıqlı və keyfiyyətli içməli su təchizatı və tullantı sularının axıdılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Xəzər rayon Sukanal İdarəsi işləri müntəzəm davam etdirir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib ki, idarənin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və şəbəkədə baş vermiş qəzalar qısa vaxtda aradan qaldırılır.
Xəzər Rayon Sukanal İdarəsinin Baş mühəndisi Emil Abbasov qeyd edib ki, idarə 62250 abonentə xidmət göstərir. Əhalini keyfiyyətli içməli su ilə təmin etmək üçün Sukanal İdarəsinin qəza xidməti 24 saat xidmətdədir. Baş mühəndisin bildirdiyinə görə, su təchizatının yaxşılaşdırılması üçün Mərdəkan qəsəbəsinin Sahil küçəsində diametri 200 milimetr olan xəttin üzərinə siyirtmə quraşdırılır. Paralel olaraq Şüvəlan qəsəbəsinin Hacı Məmmədov küçəsində 110 millimetrlik xətdə baş vermiş qəzanın, Yesenin küçəsində kanalizasiya xəttində tutulmanın, həmçinin Mərdəkan qəsəbəsi, 28 May küçəsində qəzanın aradan qaldırılması planlaşdırılır.
Dövlət proqramına uyğun olaraq, bir il ərzində Xəzər rayon Sukanal İdarəsi tərəfindən müxtəlif diametrli 17300 paqonometr su xətti çəkilib, 926 ədəd ev birləşməsi verilib, 1270 paqonometr müxtəlif diametrli istismara yararsız polad xətt dəyişdirilib. Şüvəlan qəsəbəsi, Mayak bağ massivində 5900 paqonometr, Buzovna qəsəbəsində Zağulba prospektinin kənarında isə 1700 paqonometr su xətti çəkilib.
Rayonun içməli su təchizatı ilə bərabər, kanalizasiya şəbəkəsində də bir sıra işlər həyata keçirilib. Belə ki, idarə tərəfindən 2400 paqonometr müxtəlif diametrli kanalizasiya xətti çəkilib, 39 ədəd baxış quyusu, 1000 paqonometr qrunt və yağış suyu şəbəkəsi qurulub. Şüvəlan qəsəbəsi İlqar Muradov küçəsində 2100, Comərdli küçəsində 300 paqonometr müxtəlif diametrli kanalizasiya xətti çəkilib. Şağan qəsəbəsi, Yeni sahə adlanan ərazidə isə 1000 paqonometr müxtəlif diametrli qrunt və yağış suyu şəbəkəsi qurulub.
Baş mühəndisi Emil Abbasov onu da qeyd edib ki, Xəzər Rayon Sukanal İdarəsinin xidməti ərazilərində yağıntılardan sonra yaranan subasma hallarının aradan qaldırılması üçün bəzi tədbirlər görülüb. Belə ki, Şağan qəsəbəsi Yeni sahədə 700 paqonometr 160 millimetrlik təzyiqli xətt çəkilib, 800 paqonometr müxtəlif diametrli özüaxımlı xətlər çəkilərək drenaj sistemi qurulub. Yığılan yağış suları nasos vasitəsi ilə kənarlaşdırılır. Bundan əlavə, Binə qəsəbəsi Babək küçəsində həyətlərə yığılan suların axıdılması üçün diametri 110 millimetr olan 1100 paqonometr yağış su xətti də inşa edilib.
Qeyd edək ki, əhalinin su təchizatının yaxşılaşdırılması məqsədilə Xəzər rayon Su Kanal İdarəsinin xidməti ərazilərində bir sıra layihələrin icrası həyata keçirilir. Belə ki, Binə qəsəbəsi Bolluq yaşayış massivində 6990 paqonometr müxtəlif diametrli su xətlərinin çəkilməsinə başlanılıb. Bundan başqa, Şüvəlan qəsəbəsində istismara yararsız olan 1270 paqonometr müxtəlif diametrli polad su xətti yeni polietilen xətlə əvəz olunub.
BDYPİ skuterlə hərəkət edənlərə...
Həkim-allerqoloq: Uşaqlarda daha çox süd...
Məktəbəqədər təhsildə yeniliklər: Özəl...
FHN-in Şimal Regional Mərkəzində...
Leysan olacaq, dolu düşəcək -...