13 iyun 2025, cümə Bakı, 24°C
IMG-LOGO

Bu il kommersiya qurumlarının 85 faizdən çoxu elektron qaydada qeydiyyata alınıb

11-06-2025
IMG

Cari ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 625 min 480 vergiödəyicisinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 4,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 3,9 faiz, hüquqi şəxslərin sayı isə 7,7 faiz artıb.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və digər formalarda yaradılıb. İyun ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 196 min 485 vahid təşkil edib.

Bu ilin yanvar-may aylarında 6 236 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,1 faizi yerli investisiyalı, 10,9 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 85,7 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,8 faiz təşkil edib.

Paylaş: