Həkim-allerqoloq: Mövsümi allergiyası olanlar qidalanmaya diqqət etməlidirlər
Mövsümi allergiya həm astmaya səbəb ola bilər, həm də allergik astma xəstələrinin şikayətlərini kəskinləşdirə bilər. Mövsüm zamanı, daha çox yaz və yay fəsillərində ağac və gül-çiçək tozcuqlarının təsirindən xəstələrdə allergik simptomlar kəskinləşə, astmanın kliniki əlamətləri yarana bilər.
Fhnews.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-allerqoloqu Nihulya Şamilova açıqlayıb.
Onun sözlərinə görə, mövsüm allergiyasına polen allergiyası da deyilir: “Bu allergiyaya daha çox yaz və yay fəsillərində, eləcə də, payızda rast gəlinir. Yaz aylarında ağacların çiçəklənməsi allergik xəstələrin simptomlarını artırır. Buna görə də atopik astma xəstələri mövsüm öncəsi və mövsüm zamanı profilaktik tədbirlər görməlidirlər. Onlar küləkli havada çölə çıxmamalı, məcburən çıxarkən də uzunqol köynək geyinməli, eynəkdən istifadə etməli, evə gələrkən duş almalı, nazal spreylərdən istifadə etməli, həmçinin evi küləkli havalarda havalandırmamalıdırlar. Eyni zamanda, yuyulmuş paltarları küləkli havada qurutmamağı tövsiyə edirik. Çünki bu zaman allergenlər paltarlara hoparaq allergik xəstəyə mənfi təsir göstərə bilər”.
Həkim-allerqoloq qeyd edib ki, polen allergiyası olan xəstələr istifadə etdikləri qidalara da nəzarət etməlidirlər: “Çünki çarpaz allergik reaksiya baş verə, həmin xəstələrdə daha çox meyvələrə və bala qarşı allergik reaksiya yarana bilər. Allergik reaksiya özünü övrə, allergik rinit, allergik konyuktivit və astma kimi xəstəliklərlə göstərə bilər. Mövsüm öncəsi profilaktik tədbir kimi, xəstədə məlum olan allergen tamamilə uzaqlaşdırılmalıdır. Bu mümkün olmursa və kliniki simptomlar kəskin deyilsə, mövsüm öncəsi xəstəyə immunoterapiya məsləhət görülür. İmmunoterapiyanın müddəti 3-5 il davam edir və xəstə uzunmüddətli remissiya əldə etmiş olur. İmmunoterapiya ya dilaltı, ya da dərialtı aparılır. Əgər bu da mümkün deyilsə, xəstəliyin simptomlarına uyğun həkim tərəfindən müalicə təyin olunur”.
“Qida məhsulları ilə təmasda olan...
IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı...
Növbəti sosial islahat paketi...
Fövqəladə Hallar Nazirliyi yanında...
FHN-in idman yarışlarında uğur qazanmış...