12 iyun 2025, cümə axşamı Bakı, 24°C
IMG-LOGO

Cənubi Koreya KXDR ilə sərhəddə səsgücləndiricilərin fəaliyyətini dayandırıb

11-06-2025
IMG

Cənubi Koreya qonşu Koreya Xalq demokratik Respublikası (KXDR) ilə sərhəd zonada səsgücləndirici təbliğat vasitələrinin fəaliyyətini dayandırıb.

Fhnews.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi açıqlama yayıb. Nazirlik bu qərarın Cənubi Koreya Prezidenti İ Ce Myonqun iki Koreya arasında etimadın bərpası və Koreya yarımadasında sülhün təminatı siyasətinə uyğun qəbul edildiyini bildirib.

KXDR əleyhinə təbliğat üçün istifadə olunan səsgücləndiricilərin fəaliyyəti iyunun 11-də günortadan etibarən tam dayandırılıb.

Qeyd edək ki, iyunun 3-də Cənubi Koreyada prezident seçkisində qalib olan İ Ce Myonq hələ seçkiqabağı təşviqat dövründə sərhəd zonada səsgücləndiricilər və vərəqələr vasitəsi ilə KXDR əleyhinə təbliğatın dayandırılacağını vəd etmişdi.

Paylaş: